Home Aze Ru Eng

Nanomaterialların kimyəvi fizikası kafedrasının elmi seminarı keçirilib

26/05/2022

26 may 2022-ci il tarixində Fizika fakültəsi Nanomaterialların kimyəvi fizikası kafedrasının elmi seminarında kafedranın müəllimi, fizika üzrə fəlsəfə doktoru, kafedranın elmlər doktoru elmi dərəcəsi almaq üçün müvafiq proqram üzrə qəbul olmuş doktorantı Həbibə Şirinova “Yüksək tezlikli elektromaqnit dalğalarını uda bilən maqnit nanokompozitlərdə maqnit relaksasiyası” mövzusunda məruzə ilə çıxış edib. Həbibə Şirinova ilk öncə mövzunun aktuallığını vurğuladı. O, son dövrlərdə bu istiqamətdə dünya miiqyasında həyata keçirilmiş işlərin əsas məzmunu ilə dinləyiciləri tanış etdi. Daha sonra məruzəçi elektromaqnit dalğalarının material tərəfindən udulmasının mexanizimi ilə bağlı hələ də araşdırılma zəruriyyəti olan məsələləri gündəmə gətirdi və bu istiqamətdə həyata keçirdiyi elmi tədqiqatların nəticələrini təqdim etdi. Eyni zamanda məruzəçi gələcək tədqiqat planıları haqda da iştirakçılara məlumat verdi. Məruzəçi seminar iştirakçılarının suallarını cavablandırdı, mövzu üzrə müzakirələr aparıldı.












Bookmark and Share