05 may 2010-ci il tarixində Avropa İttifaqının (Aİ) “Erasmus+” Ali təhsil-beynəlxalq potensialın əlaqələndirilməsi mərkəzinin “Azərbaycanda ekoloji xarakterli fövqəladə hallar üzrə 3-cü dövr yeni magistratura səviyyəsini dəstəkləyən İnnovativ Təlim Mərkəzi, İTACA” adlı qrant layihəsinin işə başlamasına yeni növ koronavirus (COVID-19) pandemiyasının mənfi təsirləri və layihə iştirakçılarının onun icra vaxtının uzadılması barədə müraciətinə müsbət cavablandırılmasına münasibət bildirildi. Web mitinqdə Avropa və Azərbaycan tərəfinin nümayəndələri iştirak edirdi. AB olkələrindən İtaliyanın La Sapienza universitetinin professoru, layihənin kordinatoru Luca Di Palma, İspaniyanın Granada Universitetinin professoru Jesus Gonzalez-Lopez, Azərbaycan Erazmus ofisinin direktoru Pərviz Bağırov, ofisin əməkdaşı Zəfər Həsənov, Bakı Dövlət Universitetindən layihənin lokal kordinatoru prof Məhəmmədəli Ramazanov, dosent İsmət Əhmədov, Bakı Mühəndislik Universitetindən Arif Najimov, prorektor Manafaddin Namazov, Bakı Ali Neft Məktəbindən Rima Quliyeva və Nərgiz Tarverdiyev, Azərbaycan Memarlıq və İnşaat Universitetindən Fərhad Əliyev və prof. Fəqan Əliyev “Azecolab” şirkətindən Bəhruz Suleymanov iştirak edirdi. Layihənin baş kordinatoru prof. Luca Di Palma milli layihə statusunda olan bu layihənin qarşısında Azərbaycan üçün çox vacib olan Xəzər dənizinin neft çıxarılan regionlarında durğun suların toplandığı və reabilitasiyası ilə məşğul olan yeni nəsil 3-cü dərəcə xüsusi ixtisaslaşmış magistr kadrlarının hazırlanmasını bildirmişdir. Təhsilinin təşkilinə həsr edilmiş bu layihənin çox çətin bir şəraitdə davam etdiyini, lakin dünyanın hər yerində yayılmış bu xəstəliyin təsirinin azalmasını nəzərə alaraq onun fəaliyyətini bərpa etmək və təqvim planında düzəlişlərin edilməsi məsələlərinə aydınlıq gətirdi. İştirakçılar qısa bir zamanda tərəfdaş universitetlərlə qrant sazişlərinin bağlanması və dövlət qeydiyyatından keçməsini və İnnovativ Təlim Mərkəzinin maddi texniki bazasının təchiz olunmasını sürətləndirməyi qərara aldılar. Layihənin 1-ci mərhələsinin hesabatının yaxın zamanlarda sona çatdırılması, müəllimlərin həm Azərbaycan tərəfdən, həm də Avropa tərəfdən seçilməsi məsələlərini sürətləndirmək qərara alındı. Azərbaycanda sənaye səviyyəli postmagistrlərinin hazırlanması ilə məşğul olan Avropa şəbəkəsi standartlarına uyğun kadrların hazırlanması məqsədi ilə 12 nəfər gənc magistr seçilməsinə diqqət yetirməyin vacibliyi qeyd edildi. Luca Di Palma layihənin artıq 15 noyabrdan başladığını tərəfdaşların nəzərinə çatdırdı və onun uğurlu olmasının onların qarşılıqlı fəaliyyətindən asılı olduğunu qeyd etdi. Qeyd etmək lazımdır ki, Layihənin ümumi büdcəsi 956987,00 avrodur.