Home Aze Ru Eng

Nobel laureatı professor Klaus von Klitzing BDU-da olmuşdur

29/10/2013

Bu gün 29.10.13 BDU Nobel laureatı, Ştutqart şəhərində Maks Plank adına institutunun direktoru professor Klaus von Klitzing gəlmişdir. Rektor qonağı BDU strukturu, bakalavr və magistr üzrə yeni təhsil proqramları ilə tanış etdi. Qonaq üçün universitetin elmi laboratoriyalarla və auditoriyalarla tanışlıq təşkil olunmuşdur. “Nanoaraşdırmalar” elmi tədqiqat laboratoriyası göstərilmişdir. Saat 11.00-da BDU-nun təzə binasının akt zalında laureatın universitetin müəllim –tələbə heyyətilə görüşü oldu. Klaus von Klitzing elan olunmuş mövzuda çıxış etdi və dinləyiciləri kvant Holl effektinin tətbiqi və müasir elmi istiqamətilə tanış etdi. Çıxış çox maraqla dinlənildi. Mövzu ətrafında müzakirələrdə fizika fakültəsinin professorları, gənc elmi işçiləri, magistrantları və tələbələri fəal iştirak etdilər


Bookmark and Share