Home Aze Ru Eng

Nobel mükafatı laureatı Corc Smut Fitceraldı BDU-da olmuşdur

02/11/2013

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov ABŞ astrofiziki və kosmoloqu, Kaliforniya Universitetinin professoru, Nobel mükafatı laureatı Corc Smut Fitceraldı qəbul edib. Rektor Nobel mükafatçısını universitetdə yenidən görməkdən məmnun olduğunu ifadə edib. Artıq 2-ci dəfə Nobel mükafatı laureatı Corc Smut  BDU-da mühazirə oxuduğunu və bundan çox razı qaldığını bildirən Corc Smut universitetin maddi texniki vəziyyətinin ildən ilə daha da yaxshılaşdığını qeyd edib. Qarşılıqlı maraq doğuran görüşdə alimlər elmin müxtəlif istiqamətlərindən, nanotexnologiya və innovasiyalardan bəhs ediblər. Görüşdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor prof.  İradə Əliyeva, Elm və innovasiyalar üzrə prorektor prof. Aydın Kazımzadə və Fizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov iştirak edib.

Daha sonra Nobel mükafatı laureatı -  Corc Smut Ficerlandı fizika və kimya fakültəsinin müəllim və tələbələrinə mühazirə oxuyub,  verilən suallara ətraflı cavab verib.















Bookmark and Share