Home Aze Ru Eng

Nobel mükafatçısı BDU-da olmuşdur

03/10/2012

3 oktyabr 2012-ci il tarixində Amerika astrofiziki, ABŞ-ın Massaçusets Texnologiya Universitetinin alimi Nobel mükafatı laureatı George Fitzgerald Smoot Bakı Dövlət Universitetində olmuşdur. BDU-nun rektoru, akademik Abel Məhərrəmov alimi qəbul edib. Universitet haqqında məşhur alimə məlumat verən akademik Abel Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, bu təhsil ocağının beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiyasiyalar və qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışıb. Bildirib ki, BDU dünyanın aparıcı təhsil ocaqları ilə yanaşı, Amerika universitetləri ilə də səmərəli ikitərəfli əlaqələr qurub və bu münasibətləri daha da genişləndirmək niyyətindədir. Nanotexnologiya və innovasiyalardan danışan rektor, azərbaycanlı alimlərin ABŞ-dan olan həmkarlarının bu sahədəki təcrübələrindən yararlandıqlarını da diqqətə çatdırıb. Sonra Nobel mükafatı laureatı George Fitzgerald Smoot Fizika fakültəsinin müəllim və tələbələrinə mühazirə oxumuşdur.Görkəmli alim müəllim və tələbələrin verdiyi suallara ətraflı cavab vermişdir. Sonra Nobel mükafatı laureatı George Fitzgerald Smoot BDU-nun Nanoaraşdırmalar laboratoriyasında olmuş, orada aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olmuş, bu işlərə yüksək qiymət vermişdir. Alim tədqiqat işlərinin elm tutumlu istehsal sahələri ilə əlaqələr qurulması istiqamətində öz məsləhətlərini vermişdir.







Bookmark and Share