19 mart 2013-cü il tarixində Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən ənənəvi Novruz şənliyi keçirilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bayram təbriklərini çatdırıb. Bu bayramı birlik, həmrəylik, qardaşlıq rəmzi kimi xarakterizə edən rektor, onun tarixi əhəmiyyətindən bəhs edib. Sonra 17 fakültənin hər birinin böyük zövqlə ərsəyə gətirdiyi Novruz səhnəsinə baxış keçirilib. Rektoru qarşılayan fakültə dekanları və tələbələr hazırladıqları səhnələr haqqında məlumat veriblər. Onların hər birinin işi ilə ayrı-ayrılıqda tanış olan rektor bayramlarını təbrik edib, xoş günlər arzulayıb. Münsiflər heyətinin seçimilə qaliblər müəyyənləşib. Bu yarışmaya Fizika fakültəsidə ozünəməxsus şəkildə hazırlaşmışdır. Bu yarışmada hörmətli dekanımız Məmmədəli Ramazanov öz tələbələrinə böyük dəstək olmuşdur. Hər bir işlə şəxsən özü birbaşa məşğul olan dekan M.Ramazanov tələbələrinə bu işdə bütünlüklə köməklik göstərmişdir. Sonda isə fakültəmiz qonaqlara hazırladığı Novruz səhnəsini göstərdikdən sonra fizika fakültəsinə uyğun şəkildə hazırlanan xüsusi hədiyyə hörmətli rektorumuz Abel Məhərrəmova təqdim edildi.