Fizika fakültəsinin professor-müəllim heyətinin şənbə günləri keçirilən aylıq Elmi seminarı başlanmışdır. İlk seminar 3 noyabr 2012-ci ildə saat 1130-da 310-cu auditoriyada keçirilmişdir. Seminarda Maddə quruluşu kafedrasının müdiri, professor E.Ə.Məsimov “Bioloji sistemlərdə suyun termodinamik halı və rolu” mövzusunda məruzə etmişdir. Məruzə ətrafında geniş müzakirələr aparılmışdır.
Fizika fakültəsinin növbəti professor-müəllim heyətinin aylıq seminarı 17.11.2012 tarixdə keçiriləcəkdir. Məruzəçi-Ümumi fizika kafedrasının professoru R.C.Qasımova olacaqdır.