Fizika fakültəsinin növbəti elmi seminarı 26 aprel saat 1030 -da 437 saylı auditoriyada keçiriləcəkdir. Seminarda BDU-nun doktorantları Hüseynova Nərmin Cəfər qızı “AdS/KXD yumşaq divar modelində -mezon nuklon qarşılıqlı təsir sabiti” və Hacıyeva Aynur Eyvaz qızı “Polivinilpirrolidon əsaslı polimer-su ikifazalı sistemlərinin diaqramlarına temperaturun və bəzi əlavələrin təsiri” mövzusunda məruzə edəcəklər. Arzu edən bütün müəllim və tələbələr seminarda iştirak etməyə dəvət olunurlar.
Dekanlıq