Fizika fakültəsinin növbəti elmi seminarı 27 fevral saat 1030 -da 437 saylı auditoriyada keçiriləcəkdir. Seminarda Fizika fakültəsinin Fiziki elektronika kafedrasının dos. Hüseynov Tərlan Xanbaba oğlu “İnert qazlarda və civə buxarında aksial istiqamətdə qeyri-bircins elektrik boşalmasının impedans spektroskopiyası” mövzusunda çıxış edəcək. Arzu edən bütün müəllim və tələbələr seminarda iştirak etməyə dəvət olunurlar.