Fizika fakültəsinin növbəti elmi seminarı 26 oktyabr saat 1030 -da auditoriya 437-ci auditoriyada keçirilmişdir. Seminarda AMEA-nın Fizika İnstitutunun elmi işçisi Əsilbəyli Pərvanə Babakişi qızı “Maqnit polimer nanokompozitlərin struktur və xassələrinin formalaşmasında fazalararası qarşılıqlı təsirin rolu” mövzusunda məruzə etmişdir. Məruzə seminar iştirakçılarının böyük marağına səbəb olmuşdur. Seminarın işində Fizika fakültəsinin əməkdaşları ilə bərabər AMEA-nın Fizika İnstitutunun əməkdaşları da iştirak etmişlər.