Home Aze Ru Eng

Növbəti elmi seminar keçirilmişdir

28/09/2013

28 sentyabr Bakı Dövlət Universitetinin Fizika Fakültəsinin saat 1030-da 437 saylı auditoriyada növbəti seminarı keçirilmişdir. Seminarda Sumqayıt Dövlət Universitetinin Fizika fakültəsinin dissertantı Validə Dadaş qızı Şükürova “Çoxlaylı p+–p–n+ növ silisium elementlərinin fotoelektrik xassələri” mövzusunda məruzə etmişdir. Məruzə ətrafında geniş müzakirələr aparılmışdır. Məruzəçi çıxışı zamanı dissertasiyanın məğzini seminar istirakçılarına çatdıra bilmədiyi üçün ona yenidən hazırlaşması üçün 2 ay vaxt verilmişdir.

Seminarda Fizika fakültəsinin və Fizika Problemləri İnstitutun əməkdaşları iştirak etmişlər.

.

Bookmark and Share