Home Aze Ru Eng

Nəzəri fizika kafedrasında seminar keçirilib

21/04/2022

21 aprel 2022-ci il tarixində Fizika fakültəsinin elmi seminarı keçirilib. Seminarda kafedranın doktorantı Emiliya ÖmərovaHiqqs bozonların parçalanmalarında -kvantın dairəvi və xətti polyarlaşması” mövzusunda çıxış edib. Məruzəçi qeyd etdi ki, minimal Supersimmetrik Standart Model çərçivəsində Hiqqs bozonların fermion-antifermion cütünə parçalanmalarında fotonun dairəvi və ya xətti polyarlaşmaları tədqiq edilib, fotonun fermion və antifermion tərəfindən şüalanmasına uyğun Feynman diaqramlarına və həmçinin Feynman ilgək diaqramlarına baxılıb. Fermionların uzununa polyarlaşması və spirallıqları, eləcədə də, fotonun dairəvi və ya xətti polyarlaşmaları nəzərə alınmaqla, parçalanma kanallarının enləri üçün analitik ifadələr alınıb. Fotonun dairəvi (xətti) polyarlaşma dərəcəsi, fermionun uzununa polyarlaşma dərəcəsi təyin edilib. Fotonun xətti polyarlaşma dərəcəsinin  bucağından və fermion-antifermion cütünün invariant x kütləsindən asılılığı müəyyən edilib. Seminar iştirakçıları məruzəçinin tədqiqatlarının və alınan nəticələrin actual olduğunu, doktorantın məhsuldar çalışdığıını qeyd etdilər, sonrakı tədqiqatlar üçün tövsiyələr verdilər.














Bookmark and Share