Home Aze Ru Eng

Nəzəri fizika kafedrasının elmi seminarı keçirilib

25/05/2022

25 may 2022-ci il tarixində Fizika fakültəsi Nəzəri fizika kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın dissertantı Şahnaz Tağıyeva “Sərt divar modelində N+γ*→R(1440,1535,1710) elektromaqnit form faktorlarının tədqiqi” mövzusunda çıxış edərək apardığı elmi araşdırmaların nəticələrini təqdim edib. O, qeyd etdi ki, AdS/KXD-nin sərt divar modelində nuklon və foton sahələri üçün hərəkət tənlikləri həll edilərək profil funksiyası və daxildən sərhədə propaqatoru üçün inteqral təsvirləri və AdS/KSN uyğunluğuna əsaslanaraq bu sahələrin qarşılıqlı təsiri üçün təsirin ifadəsindən istifadə edərək Roper-nuklon üçün  N+γ*→R keçidinin elektromaqnit form faktorunun ifadələri alınıb. Ədədi analizin tətbiqi ilə formfaktorların  keçid impulsunun kvadratından asılılıq qrafikləri qurulub. Məruzəçi bildirdi ki, bu üsulla alınan asılılıqlar təcrübi nəticələrlə və digər müəlliflərin nəticələrilə uyğunluq təşkil edir.

Sonra məruzəçi iştirakçıların suallarını cavablandırıb.



































Bookmark and Share