Bu gün Bakı Dövlət Universitetinin rektoru akad. Abel Məhərrəmov OPTEK şirkətinin Rusiya və MDB üzrə baş menenceri Maksim İqelniki və OPTEK-in Azərbaycan nümayəndəliyinin direktotu Nataliya Həmzəyevanı qəbul etmişdir. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov onlara universitet haqqında məlumat verib, OPTEK-in 2012-ci ildə təşəbbüsü ilə Almaniyanın Carl Zeis şirkətinin istehsal etdiyi optik mikroskopların BDU-ya hədiyyə etdiyini və bu cihazların təhsilin keyfiyyətinin yaxşılaşmasında müstəsna rolu barədə məlumat verdi. Maksim İqelnik Bakı Dövlət Universitetinin elmi tədqiqat laboratoriyalarının çox müasir avadalıqlarla təchiz olunduğunda çox razı qaldığını bildirmiş, elmi tədqiqat işlərinin səviyyəsinin yüksək olıduğunu bildirmişdir. OPTEK ilə BDU arasındakı gələcək əməkdaşlıqdan danışan qonaq universitetdə gənc tədqiqatçılara diqqət yetirilməsini dəyərləndirmiş və BDU-nun gənc alimlərinin OPTEK-in gənc alimlər üçün ayırdığı qrant müsabiqələrində iştirak etməsini tövsiyyə etmişdir. Rektor Abel Məhərrəmov bildirib ki, bizim məqsədimiz gənc alimlər üçün rahat iş şəraiti yaratmaq, onları ən müasir avadanlıqla təchiz etməkdir. Çünki Azərbaycanda elmin gələcəyini müəyyən edən impulsu onlar məhz BDU-da alırlar. Buna görə də, yüksək texnologiya istiqamətində dünya liderləri ilə əməkdaşlıq bizim strateji xəttimizdir. Rektor BDU-ya yaxın zamanlarda alınacaq bir sıra yeni cihaz və avadanlıqlar barədə OPTEK-in roluna yüksək qiymət vermiş, qrant layihələri və universitet büdcəsi hesabına cihazların alınması barədə öz fikirlərini bildirmişdir. Görüşdə Fizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov, Biologiya fakültəsinin dekanı prof. Akif Quliyev, Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov iştirak etmişdir. Sonra qonaqlar universitetin laboratoriyalaı ilə tanış olmuşlar.