Home Aze Ru Eng

Pedaqoji təcrübə

09/01/2013

Fizika fakültəsinin fizika müəllimliyi ixtisası üzrə ixtisaslaşan IV kurs tələbələri noyabr ayının 26-dan dekabr ayının 29-a kimi pedaqoji təcrübədə olmuşlar. Onlardan 36 nəfəri pedaqoji təcrübəni BDU-nun Gənc istedadlar liseyində keçmişlər. Təcrübə müddətində tələbələr liseyin direktoru, direktor müavinləri və müəllimləri ilə görüşmüş, liseydə tədris işləri ilə tanış olmuşlar. Onlar fizika fənnini tədris edən fənn müəllimləri arasında bölünmüş, dərslərdə iştirak etmiş və özləri müxtəlif siniflərdə 4 açıq dərs demişlər.

FZM-07 qrupunun tələbələrindən Səfərli Aygün, Rzayeva Pərvin, Ağaverdiyeva Humay və Şəmsiyeva Nuranə (pedaqoji təcrübə rəhbəri dos. Bağırov T.O. və fənn müəllimi S.Kərəm) şagirdlərin fizika fənninə maraqlarını artırmaq üçün maraqlı mövzular üzrə əlavə dərslər keçmiş və viktorinalar təşkil etmişlər.

İlk viktorina 8c sinfində keçirilmişdir. Bu viktorinada 16 nəfər şagird iştirak etmişdir. Sorğu domino oyunu şəklində keçirilmişdir. Əvvəlcədən hazirlanmış və fizikanın düsturlarından ibarət olan domino daşları ilə hər birində 4 nəfər olmaqla 4 komandada əyləncəli domino oyunu keçirilərək qaliblər müəyyənləşdirilmişdir. Daha sonra 4 qalib arasında yazılı sorğu keçirərək güclq iştirakçı müəyyən edilmişdir. Viktorinanın qalibi 8c sinifinin şagirdi Əliyeva Ləman oldu və sonda ona hədiyyə təqdim edilərək əyləncəli viktorina yekunlaşdırılmışdır.

Növbəti viktorina 9c sinfində keçirilmişdir. Bu viktorinada 11 nəfər şagird iştirak etmişdir. Hazırlanmış krossvordlar, alimlərin həyatına və keçilmiş mövzulara aid xüsusi suallar bu viktorinanın əsasını təşkil edirdi. İştirak edən şagirdləri 3qrupa bölərək, hər qrupa fizika ilə bağlı İş, Güc, Enerji adları qoyuldu. Daha sonra krossvordlar və suallar onlara təqdim edilərək qalib komanda müəyyənləşdirilmişdir. Komandanın üzvləri arasındakı fəallıq, cavabların təqdimatı qalibin müəyyənləşməsində önəmli rol oynamışdır. Bu viktorinada qalib komanda Güc komandası oldu. Bu komandanın üzvləri Əliyeva Gülər, Orucov Barat və Rəsulova Minəxanım göstərdikləri fəallığa görə digərlərindən fərqlənirdilər. Sonda qalib komandaya hədiyyə təqdim edilərək əyləncəli viktorina yekunlaşdırılmışdır.

Viktorinaların keçirilməsi divar qəzetində işıqlandırılmış, digər siniflərdə və təcrübəçi tələbələrdə böyük marağa səbəb olmuşdur.

 

Bookmark and Share