Home Aze Ru Eng

prof. Əhməd Abdinov Daşkənd şəhərində Beynəlxalq Elmi konfransda iştirak edib

13/11/2015

«Fiziki elektronika» kafedrasının müdiri, professor Əhməd Abdinov 5-6 noyabr 2015-ci il tarixlərdə Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən «Fizikanın fundamental və tətbiqi məsələləri» adlı Beynəlxalq Elmi konfransda iştirak edib. Dünyanın bir çox ölkələri (Rusiya Federasiyası, Özbəkistan, Azərbaycan, Almaniya, Koreya, Qazaxıstan, Hindistan, Əfqanıstan və s.) alimlərinin qatıldığı 16 plenar məruzənin və 3 bölmədə 150 çıxışın dinlənildiyi bu Beynəlxalq Forumun plenar iclasında professor Ə.Abdinov «Laylı quruluşlu AIIIBVI birləşmələri tipli qismən-nizamsız yarımkeçiricilərdə elektron proseslərinin xüsusiyyətləri» mövzusunda məruzə etmiş, konfransın Rəyasət Heyətinə seçilmişdir.

Bookmark and Share