Home Aze Ru Eng

prof. Şahlar Qaçay oğlu Əsgərovun 75 yaşı tamam olmuşdur

28/06/2016

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Fiziki elektronika kafedrasının professoru Şahlar Qaçay oğlu Əsgərovun 75 yaşı tamam olmuşdur. Professor Ş.Əsgərov həm bir alim, müəllim kimi, həm də ictimai xadim kimi daima səmərəli fəaliyyət göstərmişdir. BDU-nun Fizika fakültəsinin məzunu olan Ş.Əsgərov bütün həyatını fizika elminə həsr etmişdir. O, bir neçə elmi istiqamətin müəllifi olmuş, həmin istiqamətlər üzrə elmi məktəblər yaratmışdır. Onun Azərbaycan elminə verdiyi ən mühüm töhfələrdən biri də 200-dən çox elmi, 700-dən artıq publisistik məqalənin, 11 kitabın, 3 monoqrafiyanın müəllifi olmasıdır. Onun nümuzmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentləri var.
Ş.Əsgərov 1995-2000-ci ildə, 2000-2005-ci ildə millət vəkili seçilmiş, 2000-2005-ci ildə Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri olmuşdur. Milli Məclisdə fəaliyyəti dövründə təhsil və elm sahələrində qanunvericilik bazasının yaradılmasında və təkmilləşdirilməsində yaxından iştirak etmişdir. Professor Ş.Əsgərov publisistika sahəsində də öz töhvəsini vermişdir. Onun müxtəlif mənəvi-əxlaqi, fəlsəfi problemlərə həsr olunmuş əsərləri geniş oxucu kütləsi tərəfindən həmişə rəğbətlə qarşılanmışdır. Ş.Əsgərovun əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. O. "Şöhrət" ordeni (1999) və "Əməkdar elm xadimi" (2001) fəxri adıyla təltif edilmişdir. Prezident təqaüdçüsüdür. Bir sira Beynəlxalq Akademiyaların (РАЕ , АСПН) üzvüdür. Yubiley münasibətilə BDU-nun rektoru, akademik Abel Məhərrəmov professor Şahlar Əsgərovu təbrik etmiş, ona uzunmüddətli elmi-pedaqoji və maarifçilik fəaliyyətinə görə təşəkkür etmişdir.Təbrik etmə mərasimində Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və Fizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov iştirak etmişdir.

Bookmark and Share