Fizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov və Kimya fakültəsinin dekani prof. Abdülsəyid Əzizov İsveçrənin Lozanna şəhərində yerləşən ThermoFischer Scientific analitik cihazlar istehsalı və yaradılması ilə məşğul olan şirkətin rəsmi dəvəti ilə 24 noyabr 2013 tarixindən 28 noyabr 2013 tarixinə qədər Lozannada elmi ezamiyyətdə olmuşlar. Səfər zamanı prof.M.Ə.Ramazanov və prof. A.Ə.Əzizov ThermoFischer şirkətinin istehsal etdiyi cihazların imkanları ilə yaxından tanış olmuşlar və şirkətin istehsal etdiyi cihazların BDU-ya alınması məsələləri ilə əlaqədar danışıqlar aparmışlar. Səfər zamanı X-ray fluorescence spectrometrin iş prinsipi və texniki imkanları barədə Didier Bonvin və D-r Ravi Yellepedi ətraflı məlumat vermişlər və BDU alimlərinin sintez etdiyi nümunələr tədqiq edilmişdir. Səfər zamanı gələcəkdə əməkdaşlıq edilməsi barədə təkliflər edilmiş və razılıqlar əldə edilmişdir.