Bakı Dövlət Universitetində nanotexnologiya istiqamətində aparılan elmi tədqiqat işlərinin səviyyəsini artırılması məqsədi ilə müasir cihaz və avadanlıqların alınması istiqamətində uğurlu işlər aparılır. Almaniyanın Karl Zeiss şirkətinin, Oxford İnstruments Nanoscience şirkətinin rəsmi dəvəti ilə Fizika fakültəsinin dekanı, prof. Məhəmmədəli Ramazanov 2-4 sentyabr tarixlərində Londona elmi səfərə getmişdir. Karl Zeiss şirkətinin Kembric ofisinin direktoru Bob Taylor orada istehsal edilən cihaz və avadanlıqlar barədə ətraflı məlumat verərək qeyd etdi ki, Bakı Dövlət Universiteti ilə bu şirkət arasında uğurlu əməkdaşlıq mövcuddur bunun nəticəsində şirkətin istehsal etdiyi bir sıra avadanlıqlar BDU-ya alınmışdır. Fizika fakültəsinin dekanı, prof. Məhəmmədəli Ramazanov BDU-nun tarixi, onun strukturu və elm-təhsil sahəsindəki uğurları, Nanotexnologiya istiqamətində aparılan uğurlu tədqiqat işləri barədə geniş məruzə etdi. Məruzə ətrafında aparılan müzakirələrdə gələcəkdə BDU-ya alınacaq cihaz və avadanlıqlar barədə danışıqlar aparıldı. Müzakirələrdə cihaz və avadanlıqlar üzrə baş menencer Daniel Jefferi də iştirak edirdi. Sentyabrın 4-də prof M.Ə.Ramazanov Oxford İnstruments Nanoscience şirkətinə getmişdir. Bu şirkət bütün dünyada Rentgen analiz cihazlarının istehsalı və satışı ilə məşğul olur. Səfər zamanı Oxford İnstruments Nanoscience şirkətinin aşağı temperaturlarda işləyən termostatların iş prinsipləri ilə yaxından tanış olmuşdur. Görüşdə Oxford İnstruments Nanoscience şirkətinin maliyyə üzrə direktoru Kevin Boyd, menenceri Simon Mithinson, marketinq işləri üzrə direktoru D-r John Ü.Burgoyne iştirak etmişdir. Səfər zamanı Optek şirkətinin ixtisaslar arası qrupun şöbə müdiri Aleksandr Ulyanenko müşaiyət etmişdir.