Home Aze Ru Eng

prof. Məsud Arif oğlu Əfəndiyevlə tələbələrin görüşü

24/04/2014

24 aprel 2014-ci ildə BDU-da A.Fon Humboldt mükafatına layiq görülmüş görkəmli Azərbaycan riyaziyyatçısı prof. Məsud Arif oğlu Əfəndiyevlə tələbələrin görüşü olmuşdur. Görüşü giriş sözu ilə BDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru prof. A.Kazımzadə açaraq qonağı BDU-da salamladı və onun elmi fəaliyyəti ilə görüş iştirakçılarını tanış etdi. Prof. A.Kazımzadə bildirdi ki, prof. M.Əfəndiyev bizim Universitetin tələbəsi olub, sonra təhsilini Lomonosov adına MDU-da davam etdirib. O 23 ildir ki, Almaniyada yaşayır, müxtəlif universitetlərdə dərs deyir, H.Helmholts adına Münhen Elmi Tədqiqat Mərkəzində şöbə müdiri işləyir. Prof. M.Əfəndiyev müxtəlif sanballı jurnallarda dərc olunmuş 200-dən çox elmi məqalənin müəllifidir, on aparıcı beynəlxalq jurnalın redaksiya şuralarının üzvü olmaqla bərabər, İnternational Journal of Biomathematics and Biostatistis jurnalını baş redaktoru və Yaponiya, ABŞ, Almaniya və İsveçrədə nəşr olunan beş monoqrafiya müəllifidir. Sonra söz profş M.Əfəndiyevə verildi. O, müasir riyaziyyatın digər elmlərlə əlaqəsi ilə, riyazi modelləşdirmənin bir çox bəşəriyyəti maraqlandıran problemlərə tətbiqi və alınan və gözlənilən nəticələrlə bağlı çox maraqlı məruzə etdi. Məruzə ətrafında dinləyiciləri maraqlandıran suallara aydınlıq gətirildi. Görüşdə Fizika fakültəsinin, Mexanika və Riyaziyyat fakültəsinin və Tətbiqi Riyaziyyat və kibernetika fakültəsinin dekan, dekan müavinləri və müəllimləri də iştirak etmişdirlər.



Bookmark and Share