
Fizika fakültəsinin “Maddə quruluşu”  kafedrasının professoru Sacidə Əbdülvahabova 17 - 25 oktyabr 2015-cü il tarıxındə Nyu - York şəhərində  Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlık Şurasının 1325 saylı Qətnaməsinin  15-ci il dönümünə həsr olunmuş tədbirlərdə iştirak etmişdir. Təhlükəsizlık Şurasının 1325 saylı Qətnaməsinin məğzi münaqişələrin həllində qadınların rolunun və onların qərar qəbulunda iştiraklarının artırılmasıdır. Tədbirlərdə dünyanın bütün ölkələrinin nümayəndələri iştirak etmişdir.  S, Əbdülvahabova BMT-Qadın, Qadınlar Sülh Proqramı, Beynəlxalq Sülh Qadınlar Liqasında olmuş, çıxışlarında Qarabağ münaqişəsi, məcburi  köçkünlər, dağıdılmış abidələr haqqında məlumatlar vermiş, iştirakçılara  bu problemə həsr edilmiş vərəqələr və çap məlumatları paylamışdır.
