21 yanvar 2013-cü il tarixdə BDU-nun fizika fakültəsinin Nəzəri fizika  kafedrasının professoru “Şöhrət” ordenli, əməkdar müəllim,  fizika-riyaziyyat elmləri doktoru, professor  İsmət Məhəmməd oğlu  Nəcəfovun 80 yaşı tamam olmuşdur. Yubliyarı təbrik etmək məqsədi ilə  BDU-nun rektoru akademik Abel Məhərrəmov onu qəbul etmiş, onun elmi və  pedaqoji fəaliyyətinin yüksək qiymətləndirmişdir. Professor  İ.M.Nəcəfovun fizika elminin inkişafinda və yüksək ixtisaslı kadrların  yetişdirilməsində xidmətlərinə və Azərbaycan elminin dünya miqyasında  layiqincə təmsil etdiyinə görə akademik Abel Məhərrəmov prof.  İ.M.Nəcəfov BDU-nun Fəxri fərmanı ilə təltif etmiş və ona gələcək elmi  və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulamışdır. Görüşdə  BDU-nun Elm və innovasiyalar üzrə prorektoru prof. A.H.Kazimzadə və  fizika fakültəsinin dekanı prof. M.Ə. Ramazanov iştirak etmişlər.
