Home Aze Ru Eng

Professor Cəfər Quluzadənin 80 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib

24/10/2016

22 oktyabr 2016-cı il tarixində AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Cəfər Quluzadənin 80 illik yubileyi münasibətilə Beynəlxalq Elmi konfrans keçirilib. Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov konfrans iştirakçılarını salamlayib və toplantını açıq elan etdi. Plenar iclasda rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri namizədi Elçin Babayev, Bakı Dövlət Universitetinin fizika fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri doktoru, professor Məhəmmədəli Ramazanov, Təbriz Universitetinin professorları Ali Ajabshirizadeh və Samad Sobhanian, fizika-riyaziyyat elmləri namizədi, dosent Kəmalə Alışeva çıxış edərək, görkəmli alimin keçdiyi zəngin həyat yolundan və qazandığı elmi nailiyyətlərdən  danışdılar. Məruzəçilər çıxışlarında professor Cəfər Quluzadənin tədqiqatlarının elmə verdiyi töhfələri diqqətə çatdırdılar. Plenar iclasın sonunda konfransda Sankt-Peterburqdan, Ukraynadan, Çexiyadan, Almaniyadan, İstanbuldan, Moskvadan olan alimlərin professor Cəfər Quluzadənin 80 illiyi münasibətilə göndərdikləri təbrik məktubları oxundu. Sonra konfransda elmi məruzələr dinlənildi. Məruzəçilər Bakı Dövlət Universitetinin, AMEA-nın Fizika institutu və N.Tusi adına Şamaxı Astrofizika rəsədxanasının, Təbriz Universitetinin əməkdaşları idi. Konfransın elmi hissəsinin sonunda prof.C.M.Quluzadə beynəlxalq elmi konfransın təşkilatçılarına, iştirakçılarına və qonaqlara öz minnətdarlığını bildirdi.



 

 

 

Bookmark and Share