12 aprel 2022-ci il tarixində Fizika fakültəsinin Astrofizika kafedrasının və fakültənin əməkdaşları vəfatının birinci ildönümü ilə əlaqədar mərhum professor, Astrofizika kafedrasının sabiq müdiri Cəfər Quluzadənin qəbrini ziyarət ediblər. Mərhumun ruhuna dualar oxunub, məzarının üstünə gül dəstələri qoyulub.