Naoya Kobayasinin Nanotexnologiyaya giriş adlı kitabı "Nanomaterialların  kimyəvi fizikası" kafedrasının əməkdaşları prof.M.Ə.Ramazanov,  dos.L.İ.Vəliyeva tərəfindən azərbaycan dilinə tərcumə edilərək   "Müəllim" nəşriyyatı tərəfindən çap olunmuşdur.  Kitab geniş oxucu kütləsi və ali məktəblərin fizika və kimya fakültələrinin bakalavr, magistrant və doktorantları üçün nəzərdə tutulmuşdur. Bu münasibətlə fizika fakültəsinin kollektivi prof.M.Ə.Ramazanov,  dos.L.İ.Vəliyevanı  təbrik edir. Onlara elmi işlərində uğurlar arzulayırlar.
