Home Aze Ru Eng

Rusiyada oxuyan tələbəlrin fizika fakültəsində təhsil alan tələbələrin görüşü

06/04/2012

Bizim tələbələrə iki institut arasında rektorlar tərəfindən imzalanmış sazişə əsasən hər il MFTİ müəllimləri tərəfindən BDU-da keçirilən fizika və riyaziyyat fənnləri üzrə qəbul imtahanlarında iştirak etmək imkanı verilmişdir. Keçirilən imtahanlarının nəticələrinə görə seçilmiş ən yaxşı tələbələr xarici ölkələrdə Dövlət Təhsil Proqramına əsasən MFTİ-də təhsillərini davam etdirirlər. Bu yayda BDU-dan göndərilmış MFTİ-də təhsil alan magistrlarin ilk buraxılışı olmuşdur. Bunlar aşağıdakı şəxslərdir: Şeyda İsmayilova və Nağı Qasımov. 9 iyul 2012-ci il tarixində həmin şəxslərlə BDU-nun fizika fakültəsində bakalavr və magistr pilləsində təhsil alan tələbələrin görüşü keçirilmişdir. Görüş şox maraqlı olmuşdur, MFTİ-dən gələn tələbələr bizim tələbələrin elm və məişət sahəsinə aid olan çox saylı suallara cavab vermisdilər. Bundan əlavə 17 iyun-5 iyul tarixində Dubna şəhərinin BNTİ-tunda və Moskva şəhərinin Kurçatov institutunda gənc tədqiqatçılırının “Nanosistemlərinin sinxotron və neytron tədqiqatlari”nə həsr olunmuş MDB ölkələrinin V Ali kurslarında iştirak etmiş tələbələr Nəcəfova Afət və Quliyeva Vüsalə öz təəssuratlarını bizim tələbələrlə bölüşmüşlər. Fizika fakültəsinin magistrləri də müvafiq olaraq öz fakültələrində keçdikləri təhsil prosesindən, elmi tədqiqat işlərindən danışmış və onlar belə görüşlərin davamlı olaraq keçirilməsini vacib olduğunu qeyd etmişlər.

Bookmark and Share