Bakı Dövlət Universitetinin fizika fakültəsinin Maddə qurluşu kafedrasının professoru “Şərəf nişanı” ordenli, əməkdar müəllim, professor Məmməd Şıxəli oğlu Məmmədovun 80 yaşı tamam olması münasibəti ilə BDU-nun rektoru akademik Abel Məhərrəmov onu təbrik edib, professorun elmi və pedaqoji fəaliyyətinin yüksək qiymətləndirdiyini deyib. Professor M.Ş.Məmmədov fizika elminin inkişafinda və yüksək ixtisaslı kadrların yetişdirilməsində xidmətlərinə və Azərbaycan elminin dünya miqyasında layiqincə təmsil etdiyinə görə akademik Abel Məhərrəmov onu BDU-nun Fəxri fərmanı ilə təltif edib və ona gələcək elmi və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Görüşdə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru prof. A.H.Kazimzadə və fizika fakültəsinin dekanı prof. M.Ə. Ramazanov da iştirak ediblər.