İnsan ömrü çox qısadır. Bu ömrü ailəsi üçün, əhatəsində olan insanlar üçün və bütövlükdə xalqı üçün yaşayanlar xoşbəxtdirlər. Məhəmmədəli müəllim belə xoşbəxt insanlardandır. 
Sizin  ilin məxməri fəsli olan bu payız günündə 60 yaşınız tamam olur. 60  yaşın zirvəsindən baxdıqda arxada görülən , qarşıda isə görüləsi nə  qədər işləriniz var. Öz səmimiliyiniz , sözün əsl mənasında ,  insanlığınızla Sizi əhatə edən insanların daima köməyinə çatmısınız. 
Tələbə  , magistr və doktorantlarınızın, elm dünyasına vəsiqə verdiyiniz  əməkdaşlarınızın hər birinin qəlbində Siz böyük hərflərlə yazılan MÜƏLLİMSİNİZ!
Bu  Yubiley, eləcə də , sizin ailənizin bayramıdır. Əhatənizdə həmişə  səmimi dostların və həmkarlarınızın olması, Sizin onlara xeyirxah  münasibətinizdən . təvazökarlıq və sadəliyinizdən xəbər verir.
Bu  əlamətdar gün münasibəti ilə Sizi ürəkdən təbrik edirik! Sizə möhkəm can  sağlığı , elmi fəaliyyətinizdə bol nailiyyətlər və daima sevənlərinizin  əhatəsində olmağınızı arzulayırıq!
Daima zirvələrdə olun, Məhəmmədəli müəllim!
Hər zaman yanınızda olan "Nano" ailəsi adından...


Həmçinin professora çoxlu sayda video təbriklər də ünvanlanmışdır. Daha ətraflı təbrik videosuna https://www.youtube.com/watch?v=U2_8tPE-95g&t=1s linkindən baxa bilərsiniz.
