BDU-nun fizika fakültəsinin 2013-2014 tədris ilinin son elmi seminarı keçirilmişdir. Bu tədris ili ərzində 9 elmi seminar keçirilmiş və 11 məruzəçi çıxış etmişdir (onlardan 1 elmlər doktoru, 3 fəlsəfə doktoru üzrə dissertasiyalar müzakirə olunub, digərləri isə fakültənin əməkdaşları və doktorantlarıdır). 21 iyun 2014-cü il tarixdə keçirilən son elmi seminarda Əliyev Vaqif Meşədi oğlu “Yeni CdBa2Cu3O7- və Bi2Sr2ZnCu2Ox yuxarı temperaturlu ifratkeçirici materiallar və onların elektrofiziki xassələri” mövzusunda məruzə etdi.