30 aprel – 2 may 2018-ci il tarixində Bakı Ali Neft Məktəbində Ümummilli Lider Heydər Əliyevin 95-illik yubileyi münasibətilə Respublika tələbələrinin elmi-texniki konfransı keçirilmişdir. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin bir qrup tələbəsi həmin konfransda uğurla iştirak etmişlər. II kurs Fz ing 06-cı qrupun tələbəsi Dilarə Piriyeva I dərəcəli, Fz121-ci qrup tələbəsi Muhamedova Jalə II dərəcəli, II kurs Fzing06-cı qrupun tələbəsi Yusifova Simuzər və IV kurs tələbəsi Güləhmədov Orxan xüsusi diplomla mükafatlandırılmışlar. Fizika fakültəsinin dekanlığı qeyd olunan tələbələri təbrik edir və yeni uğurlar arzulayır.