Home Aze Ru Eng

Təbrik edirik

18/05/2018

Bakı Dövlət Universitetinin Böyük akt zalında professor-müəllim heyətinin iştirakı ilə BDU Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. Əvvəlcə rektor, akademik Abel Məhərrəmov gündəlikdə olan məsələləri şura üzvlərinin diqqətinə çatdırıb, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Xalq Cümhuriyyətinin və BDU-nun 100 illik yubileyləri ilə əlaqədar görülən işlər və nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib.

Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş şahmat turnirinin qalibləri mükafatlandırılıb. Turnir qaliblərindən biri Fizika fakültəsinin dekanı prof.  Ramazanov Məhəmmədəli Əhməd oğludur. Fakültə adından onu təbrik edir və yeni uğurlar arzu edirik.

Bookmark and Share