Home Aze Ru Eng

Tədris-təcrübə və istirahət mərkəzində BDU-nun Böyük Elmi şurasının iclası keçirilmişdir

23/09/2013

21 sentyabr 2013 tarixində Bakı Dövlət Universitetinin Quba rayonunda yeni istifadəyə verilmiş Tədris-təcrübə və istirahət mərkəzində BDU-nun Böyük Elmi şurasının iclası keçirilmişdir. Elmi şurada tədris-təcrübə və istirahət mərkəzinin təhvil verilməsi ilə əlaqədar keçirilən iməciliklərdə xüsusi fərqləndiyinə və universitetin ictimai həyatındakı fəal mövqeyinə görə Fizika fakültəsinin aşağıda adları qeyd olunan əməkdaşları Rektorun əmri ilə müvafiq olaraq “Fəxri fərman” və “Təşəkkürnamə” ilə təltif edilmişlər.

Fəxri fərman

  1. Ramazanov Məhəmmədəli Əhməd oğlu, dekan
  2. Ələkbərov Eldar Şahsüvar o., dekan müavini
  3. Məmmədov Vüsal Usub o., tyutor

Təşəkkürnamə

  1. Qasımova Rəna Cümşüd q., dekan müavini
  2. Hümbətov Şirxan Ərəstun o., tyutor
  3. Eyvazova Qönçə Malik q., b.e.i.
Bookmark and Share