Home Aze Ru Eng

TEC-in keçirdiyi intellektual yarışmanın qaliblərinə diplomlar təqdim olunub

15/04/2016

09.04. 2016 tarixdə Fizika fakültəsi TEC təşkil etdiyi intellektual yarışma keçirilmişdir. Yarışmada müxtəlif qrup və kurslardan 4 komanda iştirak etmişdir. Gərgin keçən yarışmanın qalibi "İldırım" komandası olmuşdur. Qalib komandanı təqdim edirik:

Aslanlı Günay Fz71
Vəliyeva Xəyalə Fz71
Əsədli Mirheybət Fz72
Ağazadə Lalə FzM 77

Qaliblər mükafatlandırılmış və fakültənin dekan müavini M.Məhərrəmov və TEC-in sədri A.Daşdəmirov onları təbrik etmişdir. İntellektual yarışmanın təşkil  edilməsində və keçirilməsində  Novruzova Nərmin FzM 55, Şahverdiyeva Günel Fz 71, Məmmədli Qubaxanım Fz 71 və Əsgərli Aynur FzM 82 yaxından iştirak etmişlər.

14.04.2016-cı il tarixdə Fizika fakültəsi Elmi Şurasında fakültənin dekanı prof. M.Ə.Ramazanov Tələbə Elmi Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirmış, intelektual yarışmanın qaliblərinə və təşkilatçılarına diplomları təqdim etmişdir.

Bookmark and Share