Tələbə Elmi Cəmiyyəti Tusi-Bohm Planetariuma ekskursiya təşkil edib
15/12/2014
13.12.2014 tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsi Tələbə Elmi Cəmiyyəti "Park Bulvar" AVM-in 4-cü mərtəbəsində yerləşən "Tusi-Bohm Planetarium"a ekskursiya təşkil etmişdir.
Ekskursiya çox maraqli keçmiş, Qalaktika ilə bağlı təqdim olunmuş videolar, animasiyalar və filmler tələbələrdə astronomiya elminə böyük maraq oyatmışdır. Tələbələrə Qalaktika haqqında məruzə edilmis, müxtəlif qiqant və cırtdan planetlər, onların peykləri, ulduzlar, kraterləri, halqaları, bürclər, asteroidlər, dumanlıqlar və Süd yolunu(bəzi mənbələrdə "Məkkə yolu" kimi də qeyd olunur.) maraqlı animasiyalar ilə göstərilmiş, onlar haqqında geniş elmi məlumat verilmişdir. Planetariumda həmçinin, Böyük partlayışdan sonra Dünyanın yaranması ilə bağlı film təqdim olunmuşdur. Bu qısametrajlı filmdə NASA-nın kosmosdakı, həmçinin Marsdakı çəkilişlərdən istifadə edilmişdir. Ekskursiyanın tәşkil olunmasına görә, BDU Fizika Fakültәsi Tәlәbә Elmi Cәmiyyәtinin üzvlәri adından TeC sedri Arzu müәllim vә Famil müәllim dәrin minnәtdarlığımızı bildiririk.
