Home Aze Ru Eng

Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə elmi seminar keçirilib

09/04/2018
Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Fizika Bu gün" adlı elmi seminar keçirilib. Seminarı Tələbə Elmi Cəmiyyətin sədri, dosent Arif Orucov açıb və belə seminarlarda digər fakültələrin tələbə və müəllimlərinin iştirak etməsini yüksək qiymətləndirib. Sonra Fizika fakültəsinin ikinci kurs tələbələri Aytən Məmmədli və Firuzə İsmayılova "Təbiətdə elektrik hadisələri", dördüncü kurs tələbəsi Orxan Güləhmədov və ikinci kurs tələbəsi Dilarə Piriyeva "Şredinger pişiyi" mövzularında məruzələr ediblər. Tədbirdə dekan müavini Məhəmməd Məhərrəmov, Yusif Nurullayev iştirak ediblər. Seminar tədbir iştirakçılarının marağına səbəb olub.
Bookmark and Share