Bakı Dövlət Universitetinin Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Fizika bu gün" adlı elmi seminar keçirilib. Seminarı Tələbə Elmi Cəmiyyətinin sədri, dosent Arif Orucov açaraq bu səpgili seminarlarda digər fakültələrin tələbə və müəllimlərinin iştirak etməsinin fənlər arasında inteqrativ əlaqələrin genişlənməsindəki rolundan bəhs edib. Sonra SABAH qrupunun 3-cü kurs tələbəsi Rəvanə Sadıxlı “Ulduzların həyat hekayəsi”( "The life story of stars") və 4-cü kurs tələbəsi Orxan Güləhmədov "İşığın dalğa təbiətli olmasının təsdiqi. İnterferensiya" mövzularında məruzələr ediblər. Qeyd edək ki, tədbirdə Fizika fakültəsinin dekan müavini Məhəmməd Məhərrəmov, fakültənin müəllim - tələbə heyəti və Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbələri iştirak ediblər.