Home Aze Ru Eng

Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Fizika Bugün adlı növbəti elmi seminar keçirilib

08/12/2017

8 dekabr 2017-ci il tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Fizika Bugün" adlı elmi seminar keçirilib. Seminarı Tələbə Elmi Cəmiyyətin sədri dosent Arif Orucov açıq elan edib və belə seminarlarda digər fakültələrin tələbə və müəllimlərinin  iştirak etməsinin fənlər arasında  inteqrativ əlaqələrin genişlənməsinindəki rolunu ,tələbələrin  elmi dünya görüşünün inkişafındakı əhəmiyyətini qeyd edib. Sonra  SABAH qr.üçüncü kurs tələbəsi Məmmədova Esmira "Simmetriyanın fizikada müxtəlif təzahürləri", dördüncü kurs tələbələri Güləhmədov Orxan və Mustafayev Sərkər " Physics and life" və üçüncü kurs tələbəsi Aslanova Gülşən "Habll teleskopu" mövzularında məruzələr ediblər. Tədbirdə fakültənin müəllim - tələbə heyəti iştirak etmişdir.

Seminar tədbir iştirakçılarının marağına səbəb olub.


Bookmark and Share