Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Fizika Bugün adlı növbəti elmi seminar keçirilib
22/12/2017
22 dekabr 2017-ci il tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Fizika Bugün" adlı elmi seminar keçirilib. Seminarı Tələbə Elmi Cəmiyyətin sədri dosent Arif Orucov açıq elan edib və belə seminarlarda digər fakültələrin tələbə və müəllimlərinin iştirak etməsinin fənlər arasında inteqrativ əlaqələrin genişlənməsinindəki rolunu ,tələbələrin elmi dünya görüşünün inkişafındakı əhəmiyyətini qeyd edib. Sonra SABAH qr.üçüncü kurs tələbəsi Sadıxlı Rəvanə " Bizim qalaktika", dördüncü kurs tələbəsi Güləhmədov Orxan və ikinci kurs tələbəsi Şərəfxanov Nurlan "Fiber optik naqillər", üçüncü kurs SABAH qr. tələbəsi Mehdiyeva Naira "Aşağı temperaturların alınması" və üçüncü kurs SABAH qr. tələbəsi İmanov Fariz "Yerin maqnit sahəsi" mövzularında məruzələr ediblər. Tədbirdə fakültənin müəllim - tələbə heyəti və BDU-nun digər fakultələrinin tələbələri də iştirak etmişdirlər.
Seminar tədbir iştirakçılarının marağına səbəb olub. Sonda Arif müəllim bütün tələbələrə növbəti imtahan sesiyasında uğurlar arzulayıb.