Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Fizika filmlərdə layihəsinə start verilmişdir
30/10/2018
30.10.2018-ci il tarixində BDU Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Fizika filmlərdə" layihəsinə start verilmişdir.TEC-in elmi rəhbəri dosent Orucov Arif layihənin əhəmiyyətindən danışaraq qeyd edib ki belə təqdimatlar fizikanın öyrənilməsində motivasiya yaratmağın yaxşı üsullarından biridir. İlk olaraq İnterstellar (Ulduzlar arası) filmi 4-cü kurs SABAH qrup tələbəsi Sadıxlı Rəvanənin moderatorluğu ilə müzakirə olunmuşdur. Tədbirdə dekan müavinləri-Hüseyn Məmmədov, Məhəmməd Məhərrəmov; fakültə müəllimləri-Məmməd Rəcəbov, Zöhrab Ağamalıyev, Flora Hacıyeva, Kəmalə Alışova, Mehdi Mahmudov, Vüsal Məmmədov, Niyal Barxalova və tələbə heyəti iştirak etmişdir.
Filmdəki fizika qanunları ilə əlaqədar olan hissələr maraqlı müzakirələrə səbəb oldu.