22 oktyabr 2015-ci il tarixində Fizika fakültəsinin tələbə həmkarlar təşkilatının hesabat-seçki iclası keçirilmişdir. Fakültənin dekanı, prof. Məhəmmədəli Ramazanov iclası açaraq, fakültədə son illər ərzində tədrisin keyfiyyətinin qaldırılması, müasir dünyagörüşlü mütəxəssislərin yetişdirilməsi istiqamətində görülmüş işlər, bu işlərin həyata keçirilməsində tələbə həmkarlar təşkilatının fəaliyyəti, keçirdiyi tədbirlər barədə məlumat verdi. Sonra Fizika fakültəsi THK-nın əvvəlki sədri Mətanən Həsənova qısa hesbat verdi. BDU THK-nın nümayəndəsi Eltac Cəbiyev tələbə həmkarlar təşkilatının universitet həyatında rolundan, həmkarlar təşkilatı üzvlərinin görməli olduqları işlərdən danışdı. Bundan sonra Fizika fakültəsi THK-nın yeni büro üzvləri və sədrinin seçkisi keçirildi. Səsvermə nəticəsində II kurs tələbəsi Röya Novruzzadə Fizika fakültəsi THK-nın yeni sədri və 12 üzvü seçildi.