Fizika fakültəsinin IV kurs tələbələri istehsalat təcrübəsi keçmək üçün 04 may 2022-ci il tarixdə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasına gediblər. Fizika fakültəsi Astrofizika kafedrasının Şamaxı Astrofizika Rəsədxanasında filialı fəaliyyət göstərir. Rəsədxananın rəhbərliyi və əməkdaşları tələbələrin qarşılanması, yerləşdirilməsi və təcrübə keçmək üçün fəaliyyətlərinin təşkili üçün lazımi köməkliyi göstəriblər. May 13-nə kimi davam edəcək təcrübələrdə tələbələr əldə etdikləri nəzəri biliklərin möhkəmləndirilməsi üçün əlverişli imkan əldə ediblər