Home Aze Ru Eng

Tələbələrin yay istehsalat təcrübəsi

22/07/2015

Son zamanlar Bakı Dövlət Universitetində tələbələrin yay istehsalat təcrübələrinə xüsusi diqqət yetirilir. Yay istehsalat təcrübələrində tələbələr nəzəri biliklərinin birbaşa istehsalata tətbiqi prosesləri ilə yaxından tanış olur, nəzəri biliklərini praktikada təsdiqini tapırlar. Bu da universitet tələbələrinin intellektual səviyyələrinin artmasına, onların yüksək ixtisaslı kadrlar kimi formalaşmasına yaxından kömək edir. BDU-nun Fizika Fakültəsinin tələbələri də yay istehsalat təcrübələrini  Sumqayıt Texnologoyalar Parkında, AMEA-nin Şamaxı  Astrofizika Rəsədxanasında və Müdafiə Sənayesi Nazirliyinin müəsələrində keçirmişlər. Sumqayıt Texnologoyalar Parkında tələbələr müasir istehsal prosesləri və texnologiyaları tanış olmuş, AMEA-nin Şamaxı Astrofizika Rəsədxanasında iş prosesi ilə tanış oalraq, teleskoplarla gecə vaxtı planetləri və göy cisimləri müşahidə etmişlər.

Bookmark and Share