Home Aze Ru Eng

Ulu Öndər Heydər Əliyevin 99-cu ildönümü qeyd olunub

10/05/2022

10 may 2022-ci il tarixində Bakı Dövlət Univetsiteti Fizika fakültəsinin Tələbə Həmkarlar İttifaqı və Könüllülərinin təşkilatçılığı ilə Azərbycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirilib.Tədbir BDU Könüllülərinin Fizika fakültəsi üzrə sədri Ramazan Hüşənov və Fizika fakültəsi THİK sədri Lamiyyə Həmidovanın aparıcılığı ilə baş tutub. İlk olaraq Heydər Əliyevin söylədiyi "El bilir ki,sən mənimsən" şeiri nümayiş olunub. Tədbirdə Fizika fakültəsinin dekan müavini Məhəmməd Məhərrəmov barədə düşüncələrini bölüşüb. Daha sonra Heydər Əliyevin həyat və yaradıcılığı haqqında Fizika fakültəsi 3-cü kurs tələbəsi Səbinə Süleymanova və 2-ci kurs tələbəsi Lalə Əzimova danışıblar. Fizika fakültəsinin 1-ci kurs tələbəsi İlqarə Mirzəyevanın söylədiyi Heydər Əliyev barədə şer dinlənilib. Son olaraq Fizika fakültəsinin 3-cü kurs tələbəsi Əfruz İsmayılova slayd üzərində çıxış edərək 44 günlük müharibədəki uğurumuzun Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olması haqqında məlumat verib














Bookmark and Share