Home Aze Ru Eng

Xocalı soyqırımının 30 illiyi ilə bağlı tədbir keçirilib

23/02/2022

23 fevral 2022-ci il tarixində Bakı Dövlət Universiteti Fizika, Gelogiya və Mexanika-riyaziyyat fakültələrinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə fakültələrin rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndilidi. Sonra tədbiri açıq elan edən Geologiya fakültəsinin dekanı Mamoy Mansurovun rəklifi ilə Xocalıda və Qarabağın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri Azad Razyev Xocalı faciəsinin baş vermə səbəbləri, dinc əhaliyə qarşı törədilmiş vəhşiliklər barədə məlumat verdi, faciənin beynəlxalq aləmdə tanıdılması istiqamətində görülməli işlərdən danışdı. Geolgiya fakültəsinin dekan müavini Ruslan Şəmiyev faciə barədə, törədilmiş cinayətin hüquqi qiymətinin alınması barədə fikirlərini bildirdi. Fizika fakültəsinin dekan müavini Məhəmməd Məhərrəmov belə faciələrin təkrarlanmaması üçün bizim bir xalq olaraq necə davranmalı olduğumuz, bunun üçün düzgün siyasi qərarların verilməsinin zəruriliyi barədə danışaraq, Gürcüstan və Ukraynan missal kimi göstərdi və onların yanlış siyasi qərarlar səbəbindən ərazilərini itirdiyini diqqətə çatdırdı. O, həmçinin, 44 günlük savaşda qazanılan qələbədən sonra hər birimizin, xüsusən tələbələrin öz vəzifələrinə daha məsuliyyətlə yanaşmasının əhəmiyyətini qeyd etdi. Tədbirdə Xocalı hadisələrinə həsr olunmuş videoçarx nümayiş olundu.







Bookmark and Share