Home Aze Ru Eng

YAP Yasamal təşkilatında Fizika fakültəsinin professoru Şahlar Əsgərovun gənclərlə görüşü keçirilib

17/02/2022

16.02.2022-ci il tarixində YAP Yasamal təşkilatında Fizika fakültəsinin professoru Şahlar Əsgərovun gənclərlə görüşü keçirilib. Görüş 44 günlük Vətən müharibəsində canından keçmiş şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Azərbaycanda milli maraqlar və xarici siyasət mövzusu çərçivəsində keçirilən görüşdə Şahlar Əsgərov gənclər qarşısında çıxış etdi. O, hazırkı dövrdə gənclərin qarşısında duran vəzifələrdən, onların milli ruhda və vətənpərvər kimi yetişməsi üçün görülməli olan işlərdən danışdı, gənclərə öz tövsiyyələrini verdi. Elm və təhsil mövzusunda gənclərlə dialoq şəklində müzakirələr apardı. Görüşdə iştirak edən II Qarabağ savaşının iştirakçısı olmuş qazilər qazanılmış qələbədə vətənpərvərliklə bərabər elmin nailiyyətlərinin də əhəmiyyətli rol oynadığını qeyd etdilər. Şahlar Əsgərov tariximizə toxunaraq "Vətəni gənclərə tarixi öyrədərək sevdirmək lazımdır" deyə bildirdi. Füzuli, Cəbrayıl və Xocavəndin azad olunması medalları ilə təltif olunmuş Məbud Əhmədov gənclər qarşısında çıxış edərək "Qarabağ" musiqisini səsləndirdi. Sonda isə gənclərimizə Şahlar Əsgərov tərəfindən kitablar, qazilərimizə isə YAP Yasamal Təşkilatı tərəfindən hədiyyələt təqdim olundu.






















YAP Yasamal təşkilatında Fizika fakültəsinin professoru Şahlar Əsgərovun gənclərlə görüşündən görüntülər

YAP Yasamal təşkilatında Fizika fakültəsinin professoru Şahlar Əsgərovun gənclərlə görüşündən görüntülər





























































































































Bookmark and Share