Home Aze Ru Eng

Yaponiyanın Hokkaido Universitetinin professoru Oliver B.Wright Nanoaraşdırmalar laboratoriyasında olmuşdur

13/07/2016

13 iyul 2016-cı il tarixində Yaponiyanın Hokkaido Universitetinin Tətbiqi Fizika departamentinin professoru Oliver B.Wright Nanoaraşdırmalar laboratoriyasında olmuşdur. Prof. Oliver B. Wright Yaponiyada gördüyü elmi işlər barədə universitetin professor-müəllim heyəti üçün “Akustik metamateriallar, plazmonik kristallar, nanostrukturlarda Ghz vibrasiyalar” mövzusunda məruzə ilə çıxış etmiş, alim və tələbələrin suallarını cavablandırmışdır. Eyni zamanda Nano araşdırmalar laboratoriyasında aparılan elmi-tədqiqat işləri barədə də qonağa ətraflı məlumat verilmişdir. Fizika fakültəsinin dekanı Prof.M.Ə.Ramazanov və prof. Oliver B. Wright birgə əməkdaşlıq məsələlərini, magistr və doktorant hazırlığı üçün mümkün imkanları müzakirə etmişlər

Bookmark and Share