Home Aze Ru Eng

Yeni uğur

20/11/2019

19 noyabr 2019-cu il tarixində Avropa İttifaqının (Aİ) “Erasmus+” Ali təhsil-beynəlxalq potensialın əlaqələndirilməsi mərkəzi tərəfindən bu il qalib elan olunan  “Azərbaycanda ekoloji xarakterli fövqəladə hallar üzrə 3-cü dövr yeni magistratura səviyyəsini dəstəkləyən İnnovativ Təlim Mərkəzi, İTACA” adlı qrant layihəsinin başlanması münasibəti ilə layihədə iştirak edən Avropa və Azərbaycan tərəfdən layihənin yerinə yetirilməsində məsul olan tərəfdaşların onlayn konfrasları oldu. Konfransin işində İtaliyanın La Sapienza Universitetindən layihənin kordinatoru Luca Di Palma, Danimarkanın Aalotg Universitetindən prof. Cristiano Varrone, İspaniyanın Granada Universitetindən prof.Jesus Gonzalez-Lopez, Yunanıstanın Patras Universitetindən prof. Petros Koutsoukos, Almaniyanın “Argus Umweltbiotechnologie GmbH” şirkətindən Dr. Horst Niebelschütz,  Azərbaycan tərəfdən Bakı Dövlət Universitetindən prof Məhəmmədəli Ramazanov, dosent İsmət Əhmədov və dosent Flora Hacıyeva,  Bakı Mühəndislik Universitetindən Pərviz Həsənov, Etibar Qəhrəmanov,  Bakı Ali Neft Məktəbindən Rima Quliyeva və Nərgiz Tarverdiyev,  Azərbaycan Memarlıq və İnşaat Universitetindən Fərhad Əliyev,, “Azecolab” şirkətindən Bəhruz Suleymanov, Sukanal Elmi-Tədqiqat və Layihə İnstitutundan prof. Fərda İmanov və Ceyhunə Məmmədova iştirak edirdi. Layihənin baş kordinatoru prof. Luca Di Palma milli layihə statusunda olan bu layihənin qarşısında Azərbaycan üçün çox vacib olan Xəzər dənizinin neft çıxarılan regionlarında durğun suların toplandığı və reabilitasiyası ilə məşğul olan yeni nəsil 3-cü dərəcə xüsusi ixtisaslaşmış magistr kadrlarının hazırlanması, təhsilinin təşkilinə həsr edilib. Eyni zamanda, bu sahədə analiz aparan və cirkabların təmizlənməsi texnologiyası ilə məşğul olan yeni İnnovativ təlim mərkəzinin həm maddi texniki bazasının həm də kadr potensialının yaradılmasına həsr edilib. İlk dəfə olaraq Azərbaycanda  sənaye səviyyəli postmagistrlərinin hazırlanması ilə məşğul olan Avropa şəbəkəsi standartlarına uyğun kadrların yetişdirilməsi nəzərdə tutulur və bu mərkəz beynəlxalq səviyyəli və Avropa standartlarına uyğun bir mərkəz statusunda olacaq. Luca Di Palma layihənin artıq 15 noyabrdan başladığını tərəfdaşların nəzərinə çatdırdı və onun uğurlu olmasının onların qarşılıqlı fəaliyyətindən asılı olduğunu qeyd etdi. BDU-dan prof. M.Ə.Ramazanov artıq layihədə iştirak edən ölkələrlə 2-ci layihə qalib olduqlarını bildirdi və bu layihənin qalib gəlməsində Sapienza Universiteti ilə BDU-nun rolunu xüsusi qeyd etdi. Eyni zamanda tərəfdaşlar BDU-nun 100 illik yubileyini təbrik etdilər. Qeyd etmək lazımdır ki, Layihənin ümumi büdcəsi 956987,00 avrodur.

Bookmark and Share