Bakı Dövlət Universiteti Fizika fakültəsinin Bərk cisimlər fizikası kafedrasının müdiri, akademik, Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Bəhram Mehrəli oğlu Əsgərovun 5 oktyabr 2013 –cü ildə 80 illiyi, həmçinin elmi, pedaqoji və ictimai fəaliyyətinin 55 illiyi tamam oldu.
B.M Əsgərov 33 yaşında Azərbaycan Dövlət Universitetinə dəvət olunub, 5 il sonra Bərk cisim fizikası kafedrasını yaratdı. Son 42 il ərzində akad. B.M. Əsgərov bu kafedranın ilk daimi rəhbəridir.
Yubilyar 1933-cü ildə Tovuz rayonunun Əhmədabad kəndində anadan olmuşdur. Universitetin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olub. Aspirantura illərində prof. A.I. Anselmin rəhbərliyi altında bərk cisim nəzəriyyəsi ilə məşğul olmuşdur. Səmərəli fəaliyyəti nəticəsində onlar tərəfindən adi kinetik tənlik tətbiq olunmadığı zaman kvantlanmış maqnit sahəsində dissipativ termomaqnit cərəyanların hesablanma üsulu təklif olunub. O, yarımkeçiricilərdə indium антимонид tipli keçiricilik zona üçün eninə qalvanomaqnit hadisəsi üçün kvant nəzəriyyəsində əsas olan Adams və Qolsteynin sıxlığının matrisa üsulunu ümumiləşdirmişdir.
B.M. Əsgərova 5 kitab məxsusdur, onlardan ikisi ingilis dilində dünyanın nüfuzlu nəşriyyat evlərində: World Scientific, Singapore -“Electron Transport Phenomena in Semiconductors” (1994) və Springer (2010) çap olunmuşdur. İlk monoqrafiya, "Yarımkeçiricilərdə kinetik effektlər" bir neçə dəfə nəşr edilmiş və elmi ictimaiyyət tanınmasını qazanmışdır, bərk cisim fizikası sahəsindəki ixtisasçıların masa üstü kitabı olmuşdur. O, Rusiya, Amerika, Avropa və Yapon elmi jurnallarda dərc olunmuş 170 məqalənin müəllifidir. B.M. Əsgərov - Yarımkeçiricilər nəzəriyyəsi məktəbinin banisidir, gənc alimlərin faydalanması üçün yorulmadan çalışan, 15 elmlər namizədi və dörd elmlər doktoru yetişdirmişdir.
Hörmətli Bəhrəm müəllim!
Sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edirik !
Bəhram müəllim, Sizə 80 illik yubileyi günü, can sağlığı, firavanlıq və səmərəli araşdırma uzunömürlülüyü arzulayırıq.
Biz Sizinlə fəxr edirik - dünya şöhrətli fizik, universitetdə çalışıb öz elmi fəaliyyətinizi davam etdirəsiniz və özünüz yaratdığınız - Bərk cisim fizikası kafedrasına rəhbərlik edəsiniz.
Bakı Dövlət Universitetinin rektoru akad. A. Məhərrəmov, Elm və innovasiya üzrə prorektor A.H. Kazımzadə 4 oktyabr tarixində Bərk cisimlər fizikası kafedrasında olmuş və yubilyarı təbrik etmişlər, onun elmi və pedaqoji fəaliyyətini qeyd etmişlər. Bir saatdan çox davam edən görüş səmimi və dostluq şəraitində keçirilmiş, fakültənin nailiyyətləri və inkişaf perspektivləri qeyd olunmuşdur. Rektor universitetdə 2014-cü il fizika fakültəsi ili elanını qərarını xəbər verdi. Həmçinin fizika fakültəsi nəznində texnopark yaradılması planlaşdırılır. Görüşdə Fizika fakültəsinin dekanı prof. M.Ə. Ramazanov iştirak edib.