Home Aze Ru Eng

Əziz və hörmətli Məhəmmədəli müəllim ad günüz mübarək

31/10/2014

Nanotexnologiya sahəsində təcrübəli alim, elm və təhsil təşkilatçısı, qayğıkeş rəhbər və yaradıcı insan Professor Məhəmmədəli Ramazanovu fizika fakültəsinin professor-müəllim heyyəti və tələbələr, “Nanomaterialların kimyəvi fizikası” kafedrası və onun nəzdində fəaliyyət göstərən “Nano araşdırmalar laboratoriyası” və “Radiasiya və onun ətraf mühitə təsiri” ETL-nın əməkdaşları ad günü münasibətilə təbrik edirlər.

Əziz və hörmətli Məhəmmədəli müəllim, Sizə can sağlığı, elmi işlərinizdə yüksək nailiyyətlər, təşkilatı və rəhbərlik fəaliyyətinizdə uğurlar, ailənizdə xoşbəxtlik və ömür səlnamənizə həkk olunmuş sevimli anlar arzu edirik.

Professor Məhəmmədəli Ramazanov 315 elmi məqalənin (bunlardan 72 məqalə Tomson Reyter Agentliyinin siyahısına daxil olan jurnaldır) , ABŞ-da dərc edilmiş 1 monoqrafiyanın, 1 dərsliyin, 2 dərs vəsaitinin və 2 populyar kitabın müəllifidir. Rəhbərliyi ilə 7 nəfər fizika və kimya üzrə fəlsəfə doktoru hazırlanmışdır.

Hal-hazirda o 4 elmlər və 5 fəlsəfə doktoru proqramı üzrə çalışan doktorantların elmi məsləhətçisi və rəhbəridir.

 

 

 

 

 

 

 

 


Bookmark and Share