Fizika fakültəsində Yekun Dövlət Attestasiyasına buraxılan IV kurs tələbələrinin diplom işlərinin müdafiəsi başlayıb. 21 iyun 2022-ci il tarixində “Fizik” ixtisası üzrə 18 tələbə diplom işlərini Yekun Dövlət Attestasiyası üzrə komissiyaya təqdim edib. Tələbələr apardıqları tədqiqatlar və nəticələri barədə ətraflı məlumat veriblər, diplom işinin mövzusu üzrə dolğun bilik nümayiş etdiriblər və komissiya üzvlərinin suallarını cavablandırıblr. Komissiya tərəfindən təqdim olunan işlər və tələbələrin bilikləri yüksək qiymətləndirilib. Tələbələrin diplom işlərinin müdafiəsi davam edir.
20 iyun 2022-ci il tarixində saat 13:00 da 112 saylı auditoriyada Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Maddə quruluşu kafedrasının Elmi seminarı keçiriləcəkdir
Mövzu : "İkifazalı sistemlərin tətbiq prespektivləri"
Məruzəçi : doktorant Günel Şahbazova
Arzu edənlər iştirak edə bilərlər
| Ətraflı20 iyun 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Maddə quruluşu kafedrasının Elmi seminarı keçirilib. Seminarda kafedranın doktorantı Günel Şahbazova “İkifazalı sistemlərin tətbiq perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. O, qeyd edib ki, biotexnologiya və farmakologiyada bioloji obyektlərin ayrılmasında və təmizlənməsində, dərman preparatlarının keyfiyyətinə nəzarətdə geniş istifadə olunan ikifazalı polimer-polimer-su və polimer-elektrolit-su sistemləri (SPİS) tədqiat obyekti kimi ciddi maraq kəsb edir. Məruzəçi ikifazalı sistemlər haqqında, onları xarakterizə edən parametrlər – hal diaqramı, paylanma əmsalı, paylanan maddələrlə sistemin fazalarındakı su mühitlərində baş verən hidrofil və hidrofob hidratasiya proseslərini xarakterizə edən parametrlər, ayırdetmə qabiliyyətinin təyini, müxtəlif əlavələrin bu sistemlərə təsiri barəsində geniş məlumat verdi. Məruzə üzrə müzakirələr aparıldı və iştirakçıların sualları cavablandırıldı.
07 may 2022-ci il tarixində Fizika fakültəsi Elmi Şurasının iclası keçirilib. İclasın gündəliyinə yaz imtahan sessiyasının gedişi ilə bağlı, Yekun Dövlət Attestasiyası ilə bağlı məsələlərin müzakirəsi, doktorantların attestasiyası və kafedralarda boş olan vəzifələrə seçkilərin keçirilməsi daxil edilib.
| ƏtraflıBakıda keçirilən "Teknofest Azərbaycan" Aerokosmik və Texnologiya Festivalında Bakı Dövlət Universitetini təmsil edən komandalar öz layihələri ilə iştirak ediblər. Bakı Dövlət Universitetinin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar Elmi Tədqiqat laboratoriyasının elmi işçisi, Fizika fakültəsinin doktorantı Orxan Güləhmədov, Fizika Problemləri İnstitutunun əməkdaşı Sara Rəhimzadə və Nanoaraşdırmalar Elmi Tədqiqat laboratoriyasının əməkdaşı Reyhan Mirsultanovanın daxil olduğu fiziklərdən ibarət “NANO” komndasının təqdim etdiyi "Triboelektrik nanogeneratorlar əsasında görmə və eşitmə əngəlli insanlar üçün sensorların hazırlanması" layihəsi C kateqoriyası üzrə Sosial Yönümlü Texnologiyalar müsabiqəsində ÜÇÜNCÜ YERƏ layiq görülüb.
Gənclərimizi bu münasibətlə təbrik edir, gələcək işlərində uğurlar arzu edirik!
31 may 2022-ci il tarixində Optika və molekulyar fizika kafedrasının elmi seminarında kafedranın müəllimi, fizika-riyaziyyat elmləri namizədi Rafiq Bağırov “Fitomelaninlərin dəmir ionları ilə kompleks birləşmə əmələ gətirməsi” mövzusunda məruzə ilə çıxış edib.
31 may 2022-ci il tarixində Bərk cisimlər fizikası kafedrasının növbəti elmi seminarı eçirilib. Seminarda kafedranın keçmiş dissertantı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşı Hüseynağa Hüseynov “Aşağıölçülü elektron sistemlərdə anizotrop kinetik hadisələr” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi çıxışında təqdim olunmuş işin aktuallığı, qarşıya qoyulan prioritet məsələlər, aparılmış hesablamalar, əldə olunmuş elmi nəticələr, tədqiqatın üstünlükləri və tədqiqatla bağlı problemlər haqda məlumat verdi.
| Ətraflı
31 may 2022–ci il tarixində saat 13-30-da 316 N-li auditoriyada Bərk cisimlər fizikası kafedrasının elmi seminarı keçiriləcəkdir.
28 may 2022-ci il tarixində Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev və dekan müavini Vüsal Məmmədovun rəhbərliyi ilə fakültənin bir qrup tələbəsi “Texnofest- Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında iştirak edib. Onlar festivalda nümayiş olunan eksponatlarla, təqdim olunan startap layihələri ilə tanış olub, Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən qaliblərin mükafatlandırılması prosesini izləyiblər. Sonra müxtəlif şoulara tamaşa ediblər və xatirə şəkilləri çəkdiriblər.
| Ətraflı
26 may 2022-ci il tarixində Fizika fakültəsi Nanomaterialların kimyəvi fizikası kafedrasının elmi seminarında kafedranın müəllimi, fizika üzrə fəlsəfə doktoru, kafedranın elmlər doktoru elmi dərəcəsi almaq üçün müvafiq proqram üzrə qəbul olmuş doktorantı Həbibə Şirinova “Yüksək tezlikli elektromaqnit dalğalarını uda bilən maqnit nanokompozitlərdə maqnit relaksasiyası” mövzusunda məruzə ilə çıxış edib.
26 may 2022-ci il tarixində saat 11:00 -da 316 saylı auditoriyada Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Nanomaterialların kimyəvi fiziası kafedrasının elmi seminarı keçiriləcəkdir.
Mövzu: Yüksək tezlikli elektromaqnit dalğalarını uda bilən maqnit nanokompozitlərdə maqnit relaksasiyası
Məruzəçi: Şirinova Həbibə
Arzu edənlər iştirak edə bilərlər
| Ətraflı25 may 2022-ci il tarixində Fizika fakültəsi Ümumi fizika və FTM kafedrasının elmi seminarında dosent Eldar Ələkbərov “Фазовые переходы и кинетика кристаллизации в тонких пленках твердых растворов TlGa1-xGexSe2” mövzusunda məruzə edib.
25 may 2022-ci il tarixində Fizika fakültəsi Nəzəri fizika kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın dissertantı Şahnaz Tağıyeva “Sərt divar modelində N+γ*→R(1440,1535,1710) elektromaqnit form faktorlarının tədqiqi” mövzusunda çıxış edərək apardığı elmi araşdırmaların nəticələrini təqdim edib.
25 may 2022-ci il tarixində Fizika fakültəsinin elmi seminarında “Nanomaterialların kimyəvi fizikası” kafedrasının doktorantı Arzuman Həsənovun elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Metal tərkibli nanoquruluşların riyazi modelləşdirilməsi və kvantmexaniki tədqiqi” mövzusunda dissertasiyanın müzakirəsi keçirilib.
| Ətraflı22 may 2022-ci il tarixində Fizika fakültəsinin əməkdaşları Şamaxı rayonuna səfər edib, rayonun bir sıra görməli yerlərini gəziblər. Səfər çərçivəsində onlar AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında olublar. Fizika fakültəsinin Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov Rəsədxananın fəaliyyəti barədə əməkdaşlara məlumat verib.
20 may 2022-ci il tarixində BDU Fizika fakültəsində “Şuşa ili”nə həsr olunmuş tədbirlər çərçivəsində magistranların və gənc tədqiqatçıların “Fizika və astronomiya problemləri” adlı XXII respublika elmi konfransı keçirilib. Konfrans Azərbaycan Respublikasının himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Giriş sözü ilə çıxış edən BDU Elmi fəaliyyətin təşkili və innovasiya mərkəzinin direktoru professor Mais Süleymanov konfrans iştirakçılarını təbrik etdi və konfransın işinə uğurlar arzuladı. Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev iştirakçıları salamlayaraq konfrans barədə məlumat verdi. O, konfransa 95 materialın təqdim edildiyini, plenar iclasda 4 məruzənin dinlənəcəyini, sonra 6 bölmədə konfransın işinin davam edəcəyini bildirdi. Optika və molekulyar fizika kafedrasının professoru Niftalı Qocayev bu cür elmi tədbirlərin əhəmiyyətindən danışdı, gənc tədqiqatçılara elmi-tədqiqat fəaliyyətində uğurlar arzuladı, dəyərli tövsiyələrini verdi.
Magistrantların və gənc tədqiqatçıların “Şuşa ili”nə həsr olunmuş “FİZİKA VƏ ASTRONOMİYA PROBLEMLƏRİ” mövzusunda XXII RESPUBLİKA ELMİ KONFRANSININ PROQRAMI
17 may 2022-ci il tarixində Fizika fakültəsinin növbəti elmi seminarında “Optika və molekulyar fizika” kafedrasının professoru Rasim Məmmədov “ Əlavə elektrik sahəli Metal – Yarımkeçirici Kontaktların İnnovativ tətbiq imkanları” mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, müasir elektron texnikasında diskret yarımkeçirici cihaz və inteqral sxemlərin komponentləri kimi geniş istifadə olunan Metal – Yarımkeçirici Kontaktların (MYK) əsas işçi parametrlərinin (ФВ, n, RC, ...) və xarakteristikalarının (I-V-T, C-V-T,...) nəzəri və eksperimental nəticələri bir sıra hallarda kəskin fərqlənirlər. Belə anlaşılmazlıqlara aydınlıq gətirmək üçün diod və omik xarakterli MYK-da baş verən elektron proseslər ehtimal olunan real faktorların təsiri nəzərə alınmaqla dünyanın elmi mərkəzlərində geniş tədqiq edilir. Bu faktorlardan biri də real MYK-da BDU alimləri tərəfindən aşkar edilmiş yeni fiziki hadisənin - Əlavə Elektrik Sahəsinin (ƏES) yaranmasıdır. Kontakt səthinin məhdudluğu hesabına yaranan ƏES-in təsiri hesabına real MYK-nın işçi parametrləri və elektrik xarakteristikaları ideal MYK-nın müvafiq göstəricilərindən kəskin fərqlənirlər.
17 may 2022-ci il tarixində Fiziki elektronika kafedrasının dosenti Benyaməddin Davudov kafedranın seminarında “İmpuls plazma sürətləndiricilərində baş verən fiziki proseslər” mövzusunda məruzə ilə çıxış edib. O, öz məruzəsində başlıca olaraq diqqəti elektrodinamik sürətləndiricilərə yönəldib, alınan plazma selinin əsas parametrləri, eləcə də həmin impuls plazma sürətləndiricilərinin elm və texnikada tətbiqlərinə baxılması barədə ətraflı və məzmunlu məlumat verdi. Bu mövzu alçaq temperaturlu plazmanın tədqiqində əsas problemlərdən biridir.